IMG-LOGO

Nanə də əməliyyatla göz rəngini dəyişdi

24.09.2024 10:06 3 baxış
IMG

Aparıcı Nanə Ağamalıyeva əməliyyat etdirərək göz rəngini dəyişdirib.

Lent.az-ın xəbərinə görə, aparıcı təqdim etdiyi proqramda əməliyyatını öz ölkəmizin həkimlərinə etibar etdiyini bildirib.

Nanənin gözləri qonur rəngdən açıq mavi və açıq bozun çalarlarına bürünüb.

Qeyd edək ki, bir neçə həftə öncə aparıcı Mətanət Əliverdiyeva da eyni əməliyyatı keçirərək mavigözlü olmuşdu. Bu əməliyyatın geri dönüşü yoxdur və görmə üçün risk təşkil edir.

Xəbər lenti