IMG-LOGO

Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər köçürüldü

24 Sep 2024 00:05 178 baxış
IMG

Sumqayıtda yaşayış binasında yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsi, 12-ci məhəllədə yerləşən dörd mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb.

Yanğın Mirzə Nuruzadənin kirayədə qaldığı mənzilin mətbəxində baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğın söndürülüb. Yanğın səbəbindən binada yaşayan sakinlər təxliyə edilib.

Mənbə: lent.az

Xəbər lenti