IMG-LOGO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə olunacaq

24.09.2024 01:33 4 baxış
IMG

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə olunacaq.

Bu barədə “Report”a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Türkiyə milli müdafiə naziri Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, qardaş ölkənin hərbi rəhbərliyi "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti