IMG-LOGO

Boşanan məşhur aktrisa spirtli içkiyə qurşandı

23.09.2024 20:39 5 baxış
IMG

“Oskar” mükafatlı aktyor Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edən məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez spirtli içkilərdən sui-istifadə etməyə başlayıb.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yaxın ətrafı onun vəziyyətindən narahatdır.

Lopez ərindən ayrıldıqdan sonra alkoqolun köməyi ilə könül ağrısını yatırtmağa çalışır. İfaçının ailəsi onun içkiyə aludə olacağından və daha spirtli içkisiz yaşaya bilməyəcəyindən çox narahat və qorxur.

Bu yaxınlarda Lopez və Afflek boşandıqdan sonra ilk dəfə görüşüblər. Lakin bu görüş də qızğın mübahisələrsiz ötüşməyib.  

Xəbər lenti