IMG-LOGO

“Qəzza gözəli” transseksual qadın haqqında film - Festival bu filmlə açılacaq

23.09.2024 16:06 4 baxış
IMG

 Təl-Əvivdə Gaa Film Festivalının açılışı fransız rejissor Yolande Zaubermanın sənədli filmi ilə ediləcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, fransız rejissor Yolande Zaubermanın ölüm təhdidlərindən sonra İsrailə qaçan gənc transseksual qadın haqqında çəkdiyi “La Belle de Qaza” sənədli filmi oktyabrın 31-də Təl-Əvivdə Gaa Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək.

"Qəza gözəli" yeni kimlikləri ilə sərbəst yaşamaq üçün Qəzzadan Təl-Əvivə qaçan fələstinli transgenderlərin həyatından bəhs edir. Film onların iki dünya arasında qalan, münaqişə və zülm qarşısında özlərini təsdiqləmək üçün mübarizə aparan insanların həyatına nəzər salır.

Yolanda Zauberman bu həssas mövzuya özünəməxsus tərzdə yanaşıb.

2024-cü il mayın 29-da Kann Film Festivalında filmin premyerası olub.  

Xəbər lenti