IMG-LOGO

Milli Məclisin 11 komitəsinə sədr seçildi - YENİLƏNİB

23.09.2024 13:10 3 baxış
IMG

Milli Məclisin daha 11 komitəsinə sədr seçilib.

Lent.az-ın xəbərinə görə, aşağıdakı komitələrə sədr seçilib.

- Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri

- Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri

- Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri

- Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri

- Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri

- Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri

- Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

- Şahin İsmayılov - Gənclər və idman komitəsi

- Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri

- Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri

- Səməd Seyidov -Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

***

saat 13:01

Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrləri seçilib.

Lent.az-ın xəbərinə görə, parlamentin komitə sədrləri seçilənlər bunlardır:

Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri

Əli Hüseynli - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Anar İskəndərov - Elm və təhsil komitəsinin sədri

Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri

Xəbər lenti