IMG-LOGO

Tanınmış klarnet ifaçısından dava edən müğənnilərə ÇAĞIRIŞ

23.09.2024 10:57 2 baxış
IMG

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlunun mahnı davasına münasibət bildirib.

Lent.az xəbər verir ki, o hər iki müğənninin gərəksiz, 2-3 gün sonra unudulacaq mahnıya görə davasını qınayıb.

"Mən olan yer cəhənnəmdir". Bəsdirin, iki-üç günlük dünyadır. Hər ikinizə hörmətim var. Böyük əsər olsa, adam deyərdi cəhənnəmə. İki-üç günlük mahnıdır. Ona görə dava etməyin.

İkinizi də çox istəyirəm, illərdi tanıyıram. Şəbnəmi də çoxdan tanıyıram. Vaqif Gərayzadədən, Aygün Səmədzadədən, Ələkbər Tağıyevdən, Tofiq Quliyevdən, ciddi əsər oxuyun.

Nəyə lazımdır bu mahnı? Onsuz musiqimiz pis gündədir. Hansısa üçgünlük mahnıya görə belə söhbət lazımdır?” - o bildirib.

 

Xəbər lenti