Bakının Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində üfüqi yol nişanlanması işləri həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, görülən işlər çərçivəsində parklanma yerləri də saxlanılmaqla küçədə velosiped yolları təşkil edilib, hərəkət zolaqları kanallaşdırılıb. Velosiped yollarının bütün küçəboyu təşkili nəzərdə tutulub.
Bizim Telegram kanalımıza abunə olun