IMG-LOGO

“Bakcell”in stansiyasında FACİƏ: cərəyan vurub öldürdü

23 Sep 2024 09:48 231 baxış
IMG

Astarada bədbəxt hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə Astara rayonu, Seləkəran kəndinin ərazisində yerləşən “Bakcell” MMC-yə məxsus stansiyada qeydə alınıb. 

Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov stansiyada işləyərkən elektrik cərəyanı vuraraq ölüb. 

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti