IMG-LOGO

Gəncədə EVDƏ PARTLAYIŞ

23.09.2024 10:03 2 baxış
IMG

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.

Araşdırma aparılır./APA

Xəbər lenti