IMG-LOGO

Onlar Milli Məclis sədrinin müavini postuna NAMİZƏD OLDULAR - YENİLƏNİB

23.09.2024 10:10 5 baxış
IMG

Rafael Huseynov da Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Lent.az-ın xəbərinə görə, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib.

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb.

VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

***

saat 09:24

Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Lent.az-ın xəbərinə görə, Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub./APA

Xəbər lenti