IMG-LOGO

Bakı metrosunda qatarda NASAZLIQ: gecikmə var

23.09.2024 08:44 3 baxış
IMG

Bakı metrosunda "Dərnəgül"-"Həzi aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub. Bu barədə Lent.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib. Məlumata görə, bu səbəbdən maşinist qapıya baxış keçirib. Metropolitenin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb.

Bunun əvəzinə xəttə ehtiyat qatar verilib. Nəticədə xətdə iki qatar arasında intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Xəbər lenti