IMG-LOGO

Belə çay içmək onu zəhərdən də pis edir - Bu səhvlərə düşməyin

23.09.2024 04:27 4 baxış
IMG

Çay ən məşhur isti içkilərdən biridir. Gün ərzində tez-tez içilən çay orqanizmə zərər verə bilər. Çaydan alınan həzzin zəhərə çevrilməməsi üçün bu vacib məqama diqqət yetirmək lazımdır.

Lent.az xəbər verir ki, gün ərzində tez-tez istehlak edilən çay, ölkəmizdə də ən çox istifadə edilən isti içkilərdən biridir.

Ancaq çayı düzgün istehlak etməmək sağlamlığınız üçün ciddi risklər yarada bilər. Qidalanma və səhiyyə mütəxəssisləri çayın dəmləndikdən sonra 15-20 dəqiqə ərzində içilməsini tövsiyə edir.

Bu müddət uzanarsa, sağlamlıq üçün təhlükəli ola bilər. Çinlilər hətta bayat çayı ilan zəhəri kimi də qələmə verirlər. Bununla da bunun nə qədər təhlükəli ola biləcəyini vurğulayırlar. Düzgün dəmlənməmiş və bayat çay mədə, bağırsaq və həzm sistemini pozur. Qaraciyərə mənfi təsir göstərə bilir.

Uzun müddət saxlanılan çayda bakteriyalar böyüyə bilir ki, bu da həzm problemlərinə və ya infeksiyalara səbəb ola bilir. Bayat çayda zamanla bəzi zərərli birləşmələr yarana bilir.

Çay, xüsusən də uzun müddət açıq qaldığı zaman kimyəvi dəyişikliklərə məruz qala bilir. Bayat çay daha turşulu olur ki, bu da mədə narahatlığına səbəb ola bilir.

Diqqət edilməsi lazım olan məsələlərdən biri də odur ki, çayı yeməkdən dərhal sonra içmək olmaz.

Xəbər lenti