IMG-LOGO

Zelenskinin "qələbə planı" AÇIQLANDI

22.09.2024 17:36 5 baxış
IMG

Ukrayna prezidenti Vladimir Zelenskinin respublikanın NATO-ya qoşulmasını və silah təchizatı tələbini özündə əks etdirən “qələbə planı” var. 

Lent.az-ın məlumatına görə, təfərrüatları “Bloomberg” xəbər agentliyi adı açıqlanmayan mənbələrə istinadən açıqlayıb.

Amerika lideri Co Baydenlə görüşdə Zelenski ABŞ-a təzyiq göstərərək Ukraynanın NATO-ya üzv olması üçün rəsmi dəvəti razılaşdıracaq. O, həmçinin Bayden administrasiyasının mütəmadi olaraq müasir silahların tədarükünü öhdəsinə götürməsini istəyir.

Bundan əlavə, plan Ukrayna liderinin fikrincə, Rusiya prezidenti Vladimir Putini “sülh axtarmağa” məcbur edəcək “Avropa İttifaqına üzvlük üçün aydın yol və digər iqtisadi və hərbi sazişlər”in razılaşdırılmasını nəzərdə tutur.

Kiyev həmçinin narahatlığını bildirir ki, Qərb Ukraynanın tələblərini yerinə yetirmədən münaqişəyə son qoyulması yenidən silahlandıqdan sonra Rusiyanın yeni hücumuna səbəb olacaq.

Xəbər lenti