IMG-LOGO

4 nəfər xilas edildi,sürücünün meyiti dərədən çıxarıldı-VİDEO

22.09.2024 12:10 3 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma və Nərimanov rayonu ərazisində isə 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Bundan əlavə, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dərəyə yuvarlanan yük avtomobilin sürücüsünün meyiti dərədən çıxarılaraq təhvil verilib.

Xəbər lenti