IMG-LOGO

Polyaklar, estonlar və latışlar meymun və qurdlardan törəyiblər - Dövlət Dumasının deputatı -VİDEO

22.09.2024 12:11 3 baxış
IMG

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov kifayət qədər mübahisəli arqumentlərə istinad edərək, Rusiya məktəblərində Darvinin nəzəriyyəsinin tədrisinə mənfi münasibət bildirib.

Lent.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, polyaklar, estonlar və latışlar makakaların, meymunların və soxulcanların nəslindəndirlər, belaruslar və ruslar isə Allahın məxluqlarıdır”, - Rusiya Dövlət Dumasının deputatı Milonov bildirib.

Sosial şəbəkələrdə deputatın açıqlamasına reaksiya verilib. İstifadəçilər şərhlərdə öz fikirlərini və istehzalı iradlarını fəal şəkildə bölüşüblər. Məsələn, Stanislav Karanikola bunu olduqca kəskin şəkildə ifadə edib: "Onsuz da hamı onların məxluq olduqlarını bilir."

Nt ləqəbli bir istifadəçi onu dəstəkləyərək əlavə edib: "Mən onların məxluq olduqları ilə tamamilə razıyam, lakin onların Tanrının olduğunu iddia edərdim".  

Xəbər lenti