IMG-LOGO

Güclü qar yağdı, yollar bağlandı -VİDEO

21.09.2024 20:52 5 baxış
IMG

Sentyabrın 21-i Cənubi Afrikada yağan həddindən artıq güclü qardan sonra yol hərəkəti bağlanıb və bir çox avtomobil sürücüsü çarəsiz qalıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hava şəraitinin xüsusilə Yohannesburq və Durban şəhərlərini birləşdirən N3 magistralına daha çox təsie etdiyi bildirilir. Təcili yardım xidmətləri yolun bağlı olduğu hissələrdə sürücülərə çatmaqda çətinlik çəkir.

"Təcili yardım xidmətləri fasiləsiz işləyib. Onlar mümkün qədər çox hərəkət iştirakçısına çatmağa çalışıblar", - xilasedicilər bildiriblər.

Bu arada, Kvazulu-Natal əyalət hökuməti yolda qalan bir neçə sürücüyə ədyal və yeməklərin çatdırıldığını bildirib.

"Əyalətlər arasında işləyən avtobuslar təxminən yeddi saat yanacaqdoldurma məntəqələrində qalıb", =- Nəqliyyatı İdarəetmə Korporasiyasının əlaqə zabiti Simon Zvane deyib.

Bəzi ərazilərə iki metrə qədər qar yağdığı iddia edilir. Yaxın günlərdə hava şəraitinin yaxşılaşacağı proqnozlaşdırılmır.

Xəbər lenti