IMG-LOGO

İt ailəni ölümdən xilas etdi

21.09.2024 21:15 5 baxış
IMG

Arxangelsk vilayətində it bir ailəni ölümdən xilas edib.

Lent.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi “Telegram”da məlumat yayıb.

Gecədən evi yanmağa başlayan sahiblərini hürən it oyadıb. Bunun nəticəsində ailə nəinki evini tərk edib, hətta tövlədən mal-qaranı da çıxara bilib.

Yanğınsöndürənlər 96 kvadratmetr sahədə yanğını söndürüb. 

 

Xəbər lenti