IMG-LOGO

"Çelsi" "Barselona"nın bu futbolçusu üçün dəyərindən çox pul vermək istəyir

21.09.2024 19:48 3 baxış
IMG

"Çelsi" qış transfer pəncərəsi zamanı "Barselona"nın 25 yaşlı sağ cinah müdafiəçisi Jül Koundeni transfer etməyi düşünür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, London klubu mavi qranatlara 60 milyon avro təklif etməyə hazırdır. Futbolçunun özünün isə karyerasını “Barselona”da davam etdirmək istədiyi vurğulanır.

Bu mövsüm Kounde bütün yarışlarda altı oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırki əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Xəbər lenti