IMG-LOGO

İndiyə qədər yaşamış ƏN YAŞLI İT – Neçə yaşında öldü?

21.09.2024 16:02 5 baxış
IMG

2023-cü ildə Bobi adlı it rəsmi olaraq ən uzunömürlü it kimi tanınıb.

Lent.az xəbər verir ki, bu itin 30 ildən çox yaşayıb.

Bobi 1992-ci ilin yayında Portuqaliyanın Leiria şəhərində anadan olub. 2023-cü ildə Ginnesin Rekordlar Kitabının tərtibçiləri iti planetin ən yaşlı iti kimi tanıyıblar.

Yeri gəlmişkən, Bobi elə həmin il 31 yaşını qeyd edib. Şənlikdə 100-ə yaxın insan iştirak edib. Tədbir çərçivəsində incəsənət adamlarının çıxışı olub.

Təəssüf ki, Bobi 32 yaşını görə bilmədi və o 21 oktyabr 2023-cü ildə vəfat etdi. Onun ömrü 31 il 165 gün olub. Bu itlər üçün rekord göstəricidir.

Ola bilsin ki, bir vaxtlar Yer kürəsində Bobidən daha uzun yaşayan it olub. Amma hələ ki, bunun heç bir sənədli sübutu yoxdur. Ancaq Bobinin yaşı rəsmi olaraq təsdiqlənib.

 

Xəbər lenti