IMG-LOGO

Bakıda sürücü yol qəzasında öldü

21.09.2024 14:12 4 baxış
IMG

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

33 yaşlı Məmmədov Şəhriyar Əbülfəz oğlunun idarə etdiyi minik avtomobili başqa bir minik avtomobili ilə toqquşub. Nəticədə Şəhriyar Məmmədov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Araşdırma aparılır.

Xəbər lenti