IMG-LOGO

Xalq artisti Şahnaz Haşımovanın yaradıcılı gecəsi keçiriləcək

21.09.2024 09:43 2 baxış
IMG

Oktyabrın 5-i saat 19:00-da "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində keçiriləcək Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutacaq.

Lent.az xəbər verir ki, Xalq artisti konsert zamanı Səid Rüstəmovun "Oxu gözəl",  Nəriman Əzimovun "Gözəl Gəncəm", Habil Əliyevin "İlk məhəbbətim",  Adil Bayramovun "Ceyran", xalq mahnısı "Qaragilə", Rahib Şirinovun "Azərbaycan"  və s. digər mahnıları ifa edəcək.

Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında rəqslər nümayiş etdiriləcək.

Xəbər lenti