Bakının Nərimanov rayonunda 16 mərtəbəli binada baş verən yanğın söndürülüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
*** 23:12 Bakının Nərimanov rayonunda binada yanğın olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.
Məlumata görə, qarajda "Mercedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.












Mənbə: lent.az