IMG-LOGO

Sensasiya: Motsartın əvvəllər məlum olmayan əsəri tapıldı

20 Sep 2024 19:49 217 baxış
IMG

Avstriyalı bəstəkar və virtuoz musiqiçi Volfqanq Amadey Motsartın əvvəllər məlum olmayan musiqi əsəri Almaniyanın şərqindəki Leypsiq (Saksoniya) şəhərindəki kitabxanada aşkar edilib. 

Lent.az-ın xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları bəyanat yayıblar.

“Musiqi aləmində sensasiya: Leypsiq Şəhər Kitabxanası İdarəsinin musiqi kitabxanasından tapılan 12 dəqiqəlik musiqi parçası bəstəkar Volfqanq Amadey Motsartın əsəri kimi müəyyən edilib. Bu musiqi əsəri, ilk dəfə Almaniyada təqdim olunacaq və şənbə günü, sentyabrın 21-də Leypsiq Operasında nümayiş olunacaq.

Əsərin 1760-cı illərin ortalarında və sonlarında yaradıldığı güman edilir. O zaman Motsart hələ çox gənc bəstəkar idi”, - məlumatda bildirilir.

Mənbə: lent.az

Xəbər lenti