IMG-LOGO

Arda Gülər və sevgilisi ilk dəfə xalq qarşısına çıxdı

20.09.2024 13:24 4 baxış
IMG

Arda Gülər basketbolçu sevgilisi Duru Yamanla ilk dəfə Tibo Kurtuanın sənədli filminin qala gecəsində yan-yana görüntülənib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Real”ın gənc futbolçusuArda Gülər də şəxsi həyatı ilə diqqət çəkib. İspaniya nəhəngində çıxış edən futbolçu ilk dəfə sevgilisi Duru Yamanla əl-ələ verib ictimaiyyət qarşısına çıxıb.

Əlaqələrini sosial şəbəkədə açıqlayan Gülər və Yaman cütlüyü "Real"ın qapıçısı Tibo Kurtua üçün təşkil edilən sənədli filmin qala gecəsində kameralar qarşısına keçib. Premyerada cütlüyün üzündəki təbəssüm və mətbuatın sıx marağı diqqətdən yayınmayıb.

Arda Gülərin basketbolçu sevgilisi Duru Yamanla ilk dəfə rəsmi tədbirə çıxması maqazin aləmində böyük həyəcan yaradıb.

 

Xəbər lenti