IMG-LOGO

Bu şəhər Avropanın ən dəbli qış məkanı seçildi

20.09.2024 14:03 4 baxış
IMG

Alp dağları ilə əhatə olunmuş Avstriyanın Zalsburq şəhəri 2024-2025-ci illərin qış turizm mövsümündə ziyarət üçün ən populyar məkan kimi tanınıb.

Lent.az xəbər verir ki, turistlər arasında Avstriyanın Zalsburq şəhərinə maraq kəskin artıb.

Araşdırmaya görə, Avstriyanın dördüncü ən böyük şəhəri bu il sosial şəbəkələrdə və axtarış sistemlərində 2023-cü ilin eyni dövrü ilə müqayisədə 135% daha çox turist tərəfindən axtarılır.

Sehrli qarla örtülmüş mənzərələri ilə yanaşı, YUNESKO-nun siyahısına salınmış Salzburq gözəl barokko memarlığı, ləzzətli köhnə mətbəxi və bir çox musiqi festivalları və muzeyləri ilə bohem həyat tərzinə malikdir. 

Siyahıda ikinci yeri Norveçin Tremso şəhəri - Şimal Dairəsinə çox yaxın olan ən böyük şəhər tutub. İlk üçlüyü Avstriyanın dəbdəbəli paytaxtı Vyana tamamlayıb və bu il ona maraq 71% artıb.

Avropanın ən populyar 10 şəhəri

1. Salzburq, Avstriya

2. Tromso, Norveç

3. Vyana, Avstriya

4. Lanzarote, İspaniya

5. Krakov, Polşa

6. Qran Kanariya, İspaniya

7. Tenerife, İspaniya

8. Barselona, İspaniya

9. Nitsa, Fransa

10. Kopenhagen, Danimarka

Xəbər lenti