IMG-LOGO

ADY: Orta Dəhlizlə bağlı infrastrukturu daha da inkişaf etdirmək lazımdır

20.09.2024 12:18 3 baxış
IMG

Orta Dəhlizlə daşınan yüklər artacaq, buna görə infrastrukturu daha da inkişaf etdirmək lazımdır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Rəqəmsal inkişaf departamentinin rəhbəri Andrey İskiriç Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

Onun sözlərinə görə, məhdud infrastruktur çox baha başa gəlib: "Buna görə, infrastrukturla əvvəlcədən məşğul olmaq lazımdır. Bununla yanaşı, biz müştərilərimizin rahat şəkildə sifariş verməsini, sifarişdən əvvəl onlayn yoxlamanı təmin etməli, görülən işləri qeyd etməli, müştərilərimizlə hesablaşmaları avtomatlaşdırmalıyıq. Yəni, dəhliz boyunca bütün sənədlər tam rəqəmsallaşmalıdır. Dəhlizimizin hansı inkişaf dövründə olduğunu öyrənməliyik".

"Əməliyyat səmərəliliyini artırmaq üçün Orta Dəhlizdə dar boğazlar müəyyən edilməli, onların aradan qaldırılması üçün prioritetlər təyin olunmalıdır. Ümumilikdə, bu kimi istiqamətlərdə ixtisaslaşmış işçi qrupları yaradılmalıdır", - deyə ADY rəsmisi əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti