IMG-LOGO

Qırmızı, sarı, yaşıl – Bəs ən faydalısı hansıdır?

20.09.2024 02:30 4 baxış
IMG

Alma faydaları və dadı ilə ən çox istehlak edilən meyvələrdən biridir. Bu meyvənin birdən çox çeşidi var. Bəs hansı ən yaxşıdır?

Lent.az xəbər verir ki, mütəxəssislər hər gün bir porsiya meyvə istehlakının sağlamlığımız üçün vacib olduğunu vurğulayırlar.

Bu meyvələrdən biri də orqanizmə bir çox fayda verən almadır. Ancaq unutmayaq ki, almanın rənginin də sağlamlığımıza təsiri var.

Mütəxəssislər bildirirlər ki, yaşıl alma həm dadı, həm də sağlamlığa verdiyi töhfə ilə diqqət çəkən bir meyvədir. Sağlam həyata doğru addımlar atmaq istəyənlərin sevimlisi olan yaşıl alma tərkibindəki az şəkərlə yanaşı, yüksək lif tərkibi ilə də seçilir.

Yaşıl almanın tərkibində müxtəlif xərçəng növlərindən qoruyan xlorofil adlı antioksidanlar var.

Bundan əlavə, yaşıl alma acqarına istehlak edildikdə qan şəkərinin səviyyəsini azaltmağa kömək edə bilər. Bu səbəbdən mütəxəssislər şəkərli diabet xəstələrinə yaşıl almadan istifadə etməyi tövsiyə edirlər.

Ürək sağlamlığında da mühüm rol oynayan yaşıl alma müntəzəm ürək döyüntülərini dəstəkləyir və ürək sağlamlığını qoruyur.

Xəbər lenti