IMG-LOGO

Hamiləlik və doğuş üçün ən yaxşı yaş hansıdır?

20.09.2024 01:47 3 baxış
IMG

Uşağın dünyaya gəlməsi hər bir ailənin həyatını dəyişən mühüm hadisədir. Bəzi qadınlar erkən yaşda ana olmağa qərar verirlər, bəziləri sabitlik və yetkinliyə qədər gözləməyi üstün tuturlar.

Lent.az xəbər verir ki, həkim və psixoloqların məsləhətinə əsaslanaraq bu yazımızda hamiləliyin ən ideal vaxtı haqqında məlumat verməyə çalışacağıq.

Aparılan araşdırmalar göstərir ki, doğuş üçün optimal yaş müxtəlif amillərlə müəyyən edilir ki, bunlar da bioloji, sosial və tibbi amillərdir. Bioloji baxımdan 20-35 yaş aralığı hamiləlik və doğuş üçün uyğun hesab olunur.

Bu dövrdə qadın orqanizmi hamilə qalmaq, doğuş və sağlam uşaq dünyaya gətirmək üçün ən əlverişli vəziyyətdədir.

Mütəxəssislərin fikrincə 18-30 yaş isə doğuş üçün optimal yaş hesab olunur. Çünki bu dövrdə qadının məhsuldarlığı ən yüksək həddədir.

Bu dövrdəə hamiləlik və doğuş zamanı ağırlaşma riski minimaldır. Bununla belə, hər bir orqanizmin fərdi olduğunu və hər şeyin gələcək ananın ümumi sağlamlığından asılı olduğunu da nəzərə almaq lazımdır.

Mütəxəssislərin fikrincə 35 yaşdan yuxarı bir qadının məhsuldarlığı tədricən azalmağa başlayır və gələcək körpədə genetik patologiya riski (məsələn, Daun sindromu) artır.

35 yaşdan sonra qadının fiziki vəziyyəti hamiləliyin planlaşdırılması və idarə olunmasına daha diqqətli yanaşma tələb edə bilər.

Xəbər lenti