IMG-LOGO

Bakıda "yaşıl texnologiyalar"ın gəlir gətirmək yolları müzakirə olunur

19.09.2024 14:10 5 baxış
IMG

Qlobal miqyasda "yaşıl texnologiyalar" üçün maliyyə çatışmazlığı mövcuddur.

“Report” xəbər verir ki, bunu Ukrayna Feniks Texnologiya Fondunun idarəedici partnyor və həmtəsisçisi Dominique Piyotet Bakıda ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusunda keçirilən ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında deyib.

"Bir çox vençur fondları ABŞ və İsraildə yerləşir. Lakin Silikon Vadisinin ən böyük problemi ondan ibarətdir ki, orada "yaşıl texnologiya"lar o qədər də böyük rəğbətlə qarşılanmır. İqlim dəyişikliyi problemi onlar üçün maraqlı deyil və heç kim də onu həll etməyə çalışmır. Bu baxımdan "yaşıl texnologiya"ları necə gəlirli etmək olar məsələsi bu gün çox aktualdır. Eyni zamanda burada çox ciddi bir ziddiyyət mövcuddur. Belə ki, biz bir tərəfdən planeti xilas etməyi, digər tərəfdən investorlar üçün mənfəət əldə etmək, eyni zamanda da insanların maraqlarını da nəzərə almaq haqqında düşünürük", - deyə o qeyd edib.

"Yaşıl texnologiya"ların inkişafında universitetlər və özəl sektor arasında əməkdaşlığın önəmindən danışan D. Piyotet ABŞ və İsrail xaricində dünyanın heç bir yerində bu əməkdaşlığın lazımi səviyyədə olmadığını diqqətə çatdırıb:

"Bu sahədə mövcud olan bir çox məsələlər ciddi elmi tədqiqat tələb edir. Elmi tədqiqatlar isə universitetlətdə aparılır. ABŞ-də bu əməkdaşlıq çox yaxşı işləyir. Universitetlərdə texnoloji transfer ofisləri mövcuddur. Analoji vəziyyəti İsraildə də izləmək mümkündür. Orada da universitetlər özəl sektor ilə çox səmərəli işləyir. Ancaq dünyanın istənilən digər yerində bu işləmir və ya ümumiyyətlə yoxdur".

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti