IMG-LOGO

Bakıda avtomobilin vurduğu gənc 57 gün sonra öldü

19.09.2024 14:08 4 baxış
IMG

Bakıda avtomobilin vurduğu piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə iyulun 22-də Sabunçu rayonu ərazisində baş verib. Avtomobil 23 yaşlı Danaçıyev Ramazan Rəfail oğlunu vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin burada 57 gün ərzində görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gənc oğlan sentyabrın 17-də müalicə aldığı xəstəxanada ölüb.

Araşdırma aparılır.

Xəbər lenti