IMG-LOGO

Lənkəranda AĞIR QƏZA: Xəsarət alanlar var-FOTO

19.09.2024 03:03 6 baxış
IMG

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə "Mercedes-Benz" markalı minik maşını toqquşub.

Toqquşma nəticəsində hər iki avtomobili yoldan çıxaraq, yol kənarındakı divara çırpılıb.

Qəzada hər iki nəqliyyat vasitəsinin sürücüləri və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti