IMG-LOGO

Biləsuvarda iki məktəb üçün yeni bina tikilir 

12 Sep 2024 20:51 152 baxış
IMG

Biləsuvarda iki məktəb üçün yeni bina inşa olunur.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hazırda Biləsuvar rayonu Bəydili kənd və Nəsimi kənd tam orta məktəbləri üçün yeni bina tikilir.

Həmçinin Biləsuvar rayonu üzrə 2 ümumi təhsil müəssisəsində və 1 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib.

Məlumata görə, rayon üzrə I sinifdə 1 171, IX sinifdə 1 451, XI sinifdə isə 979 nəfər şagird 2024-2025-ci tədris ilində təhsil alacaq.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti