IMG-LOGO

Azərbaycanda YAS-YASA QARIŞDI: kişi öldü - YENİLƏNİB

11 Sep 2024 16:08 162 baxış
IMG

Abşeronda yasda vəfat edən kişinin ölüm səbəbi məlum olub. 

Mərhumun yaxınları Lent.az-a bildirib ki, Cəlal Rəfiyev yas məclisində ürək tutmasından dünyasını dəyişib. 

***

saat 14:10

Azərbaycanda yasda ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Qədirxum” xeyir-şər evində qeydə alınıb. 

Orada yas məclisinı qatılan, 1946-cı il təvəllüdlü Cəlal Rəfiyev nəfəs borusunda qida qalması nəticəsində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti