IMG-LOGO

ABŞ-nin iki ştatında ölümcül virus səbəbindən komendant saatı tətbiq edilib

10.09.2024 23:30 102 baxış
IMG

ABŞ-nin Vermont və Massaçusets ştatlarında şərqi at ensefaliti virusunun yayılması səbəbindən komendant saatı tətbiq olunub.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, ağcaqanadların daşıdığı ölümcül xəstəliyə yoluxma riski səbəbindən axşam kütləvi tədbirlər ləğv edilib.

Virus Şimali, Mərkəzi və Cənubi Amerika və Karib dənizində rast gəlinən zoonotik ağcaqanad vektorlu Toqavirusun yaratdığı infeksiyadır. Şərqi at ensefaliti virusuna yoluxan insanlarda yüksək hərarət, qusma, ishal, əzələ ağrısı və titrəmə kimi əlamətlər müşahidə olunur.

Yerli səhiyyə departamenti ştat sakinlərinə ağcaqanadların aktivliyinin yüksək olduğu dövrdə axşam saat altıdan səhər saat altıya qədər küçəyə çıxmamağı tövsiyə edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti