İspaniyanın "Valensiya" klubunun ümumi maliyyə borcu 592,8 milyon avroya çatıb.
"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, borcun artmasına səbəb "Nou Mestalya" stadionunun tikintisinin bərpası olub.
Məbləğin 93 faizi (551,84 milyon avro) uzunmüddətli borcların payına düşür. Bunun təxminən 42 milyon avrosu iş adamı Piter Limlə bağlı götürülən kreditlərdir.
İspaniya təmsilçisinin əvvəlki maliyyə ilini 320 min avro xalis mənfəətlə başa vurduğu bildirilib.
Qeyd edək ki, "Valensiya" La Liqada 12 turdan sonra 9 xalla 19-cu pillədə qərarlaşıb.
Mənbə: report.az