IMG-LOGO

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

09 Nov 2026 18:30 3 baxış
IMG
0 0

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Lent.az xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir. Mən sadəcə tamaşaçı olaraq qalmaqdan imtina edirəm. 2027-ci il prezident seçkilərində namizədliyimi irəli sürürəm. Fransanın çətinlikləri aşmaq üçün məsuliyyətə, sağlam düşüncəyə və kollektiv gücə ehtiyacı var. Biz təslim olmuruq”, – deyə Riner bildirib.

Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-də, zərurət yaranarsa, ikinci turu mayın 2-də keçiriləcək.

Hazırkı Prezident Emmanuel Makron iki dəfə seçildiyi üçün növbəti seçkilərdə namizəd ola bilməyəcək.

Qeyd edək ki, Teddi Riner cüdo tarixinin ən titullu idmançılarından biridir. O, beşqat Olimpiya, 12 qat dünya və beşqat Avropa çempionudur.

dünyadan xəbərlər siyasi xəbərlər cüdoçu Fransa Makron

Mənbə: lent.az

Xəbər lenti