Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında həm də Xəzər dənizinin problemləri yer alır.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O deyib ki, Xəzər dənizinin çəkilməsi məsələsi ən mürəkkəb mövzulardan biridir:
"Həm pavilyonda, həm də digər məkanlarda keçirilən tədbirlərdə bu məsələni gündəmə gətirəcəyik. Çalışacağıq ki, dünya təşkilatları və maliyyə institutlarının bu məsələyə marağı artsın".
Mənbə: report.az