IMG-LOGO

Türkiyədə COP31 iqlim sammiti başladı – Azərbaycan da iştirak edir

09 Nov 2026 12:52 10 baxış
IMG
2 0

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) başlayıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, noyabrın 9-dan 20-dək davam edəcək sammitə 95 ölkənin və 7 beynəlxalq təşkilatın rəhbəri olmaqla ümumilikdə 102 yüksək səviyyəli nümayəndənin qatılması gözlənilir.

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi tədbirdə Azərbaycan da daxil olmaqla 196 ölkə və Avropa İttifaqı təmsil olunur.

Sammitdə iqlim dəyişikliyi ilə mübarizə, istixana qazı emissiyalarının azaldılması, enerji keçidi, iqlim maliyyələşdirilməsi və qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması məsələləri müzakirə ediləcək.

COP31-ə Türkiyə sədrlik edir, Avstraliya isə iqlim danışıqlarına rəhbərlik edəcək.

Konfransın hər günü ayrıca mövzuya həsr olunub. Noyabrın 9-da qida, kənd təsərrüfatı və səhiyyə, noyabrın 10-da enerji və nəqliyyat, 11-12-də isə liderlər sammiti çərçivəsində digər mühüm məsələlər müzakirə olunacaq.

Tədbir noyabrın 20-də yekun danışıqlar və bağlanış mərasimi ilə başa çatacaq.

COP31-in noyabrın 9-da Antalyada başlaması və noyabrın 20-dək davam edəcəyi BMT-nin rəsmi saytında da təsdiqlənir. Dövlət və hökumət başçılarının iştirakı ilə liderlər sammiti noyabrın 11–12-də keçiriləcək.

COP31 Türkiyə Azərbaycan iqlim sammiti dünyadan xəbərlər Antalya

Mənbə: lent.az

Xəbər lenti