Venesuelanın keçmiş prezidenti Nikolas Maduro Bruklindəki həbsxanada olduğu müddətdə dinə və fəlsəfəyə maraq göstərməyə başlayıb, həmçinin arıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Maduro vaxtının böyük hissəsini “Bibliya” və “Quran” oxumaqla keçirir. O, həmçinin həbsxanada dini xidmət göstərən şəxslərlə, o cümlədən keşiş və ravvinlə görüşür.
Bildirilir ki, həbsdə olduğu müddətdə Maduro və həyat yoldaşı arıqlayıblar.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq Venesueladan çıxarılıblar.
Dünya Maduro həbsxana Quran dünyadan xəbərlərMənbə: lent.az