IMG-LOGO

Marsda sirli qaz sızması aşkarlandı – Planetin daxilində vulkanlar aktiv ola bilər

09 Nov 2026 06:40 12 baxış
IMG
2 0  

Alimlər Mars atmosferində qeyri-adi qaz konsentrasiyaları müəyyənləşdiriblər. Yeni müşahidələr Qırmızı planetin dərinliklərində vulkanik proseslərin hələ də davam edə biləcəyi ehtimalını gündəmə gətirib.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Avropa Kosmik Agentliyinin (ESA) tədqiqatına istinadən məlumat yayıb.

Araşdırma zamanı Marsın Alba Mons vulkanik bölgəsindəki çatların üzərində hidrogen-xlorid qazının qeyri-adi yüksək konsentrasiyası müşahidə edilib. Qazın planetin daxili qatlarından səthə çıxması ehtimalı araşdırılır.

Tədqiqatçıların fikrincə, bu qazın mənbəyi yeraltında hələ də mövcud ola bilən isti maqma ola bilər. Yer kürəsində də hidrogen-xlorid qazı bəzən vulkanik proseslərlə əlaqədar olaraq atmosferə yayılır.

Əgər Marsda belə geoloji aktivlik təsdiqlənərsə, bu, planetin daxilində istilik və kimyəvi enerji mənbələrinin mövcudluğu barədə mühüm məlumat verə bilər. Lakin qaz sızmasının mütləq aktiv vulkanizmlə bağlı olduğu hələ təsdiqlənməyib.

 

 

Mars vulkan kosmos elmi kəşf

Mənbə: lent.az

Xəbər lenti