Alimlər Avropanın qədim təbiəti ilə bağlı geniş yayılmış təsəvvürlərə yenidən baxmağa səbəb olan nəticələr əldə ediblər. Araşdırmaya əsasən, qitənin böyük hissəsi həmişə sıx meşələrlə örtülü olmayıb.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, Avropanın təbiətində 20 milyon ildən artıq müddətdə açıq meşəliklər, geniş çəmənliklər və iri ot yeyən heyvanların yaşadığı landşaftlar mühüm yer tutub.
Bu nəticələr Avropanın insan müdaxiləsindən əvvəl əsasən sıx və keçilməz meşələrdən ibarət olması barədə ənənəvi təsəvvürləri sual altına qoyur.
Alimlər bildirirlər ki, təbiətin bərpası layihələrində yalnız sıx meşələrin salınmasına üstünlük verilməsi bəzi hallarda biomüxtəliflik üçün arzuolunmaz nəticələr yarada bilər. Çəmənliklərin və açıq meşə sahələrinin qorunması da ekoloji tarazlıq baxımından vacib hesab olunur.
Avropa meşələr biomüxtəliflik təbiət ekologiya elmi araşdırma
Mənbə: lent.az