IMG-LOGO

Tramp Həbib Nurməhəmmədova Ağ Evdə vəzifə təklif etdi

08 Nov 2026 02:51 15 baxış
IMG
3 0

ABŞ prezidenti Donald Tramp rusiyalı döyüşçülər İslam Mahaçev və Həbib Nurməhəmmədovu Ağ Evin mətbuat katibinin köməkçiləri vəzifəsinə təyin etməyi təklif edib.

Lent.az xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında yazıb.

 Bu təklif UFC prezidenti Dana Uaytın Ağ Evin mətbuat katibi vəzifəsini qəbul edəcəyi təqdirdə qüvvəyə minə bilər.

O, Mahaçev və Nurməhəmmədovla yanaşı, Castin Qetji, Daniel Kormye, Amanda Nunes və Kayla Harrisin də köməkçi kimi cəlb olunmasını istəyib.

“Bizə bu insanlar çılğın solçulardan qorunmaq üçün lazımdır. Dana, xahiş edirəm, bu vəzifəni qəbul et”, – Tramp qeyd edib.

Tramp Ağ Ev Nurməhəmmədov

Mənbə: lent.az

Xəbər lenti