IMG-LOGO

İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq

02 Nov 2026 04:13 2 baxış
IMG

İsrail Prezidenti İsxak Hersoq oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Knessetin (parlamentin) yeni tərkibinə düşən partiyaların liderləri ilə noyabrın 4-də məsləhətləşmələrə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Bildirilib ki, prezident administrasiyasının baş direktoru Eyal Şviki seçkilərdə qalib gələn bütün partiyaların rəhbərlərinə müvafiq dəvətlər göndərib.

"Prezidentin bu gün (noyabrın 1-də – red.) bəyan etdiyi kimi, onun iqamətgahı bütün fraksiyaların üzünə açıqdır. Prezident onların nümayəndələrinin məsləhətləşmələrə açıq fikirli, dinləməyə, öz ideyalarını bölüşməyə və yeni seçkilərin qarşısını almağa hazır vəziyyətdə gələcəyinə ümid edir", – Şviki bildirib.

O, məsləhətləşmələrin "layiqli, qarşılıqlı hörmət və məzmunlu müzakirələr şəraitində" keçəcəyinə ümid etdiyini vurğulayıb. Hersoqun partiya liderləri ilə görüşləri onlayn yayımlanacaq.

Məsləhətləşmələrin yekununda İsrail Prezidenti parlamentə düşən partiyalardan birinin liderinə yeni hökumətin formalaşdırılmasını tapşırmalıdır. Bir qayda olaraq, baş nazir postuna ilk namizəd ən çox mandat qazanan partiyanın lideri olur. Bununla belə, prezident partiyası seçkilərdə birinci yeri tutmasa da, ətrafında möhkəm parlament çoxluğu formalaşdıra biləcək siyasətçiyə də hökuməti qurmağı həvalə edə bilər.

Mənbə: report.az

Xəbər lenti