IMG-LOGO

2024-cü ildə səyahət üçün hər kəsin büdcəsinə uyğun AVROPA ÖLKƏLƏRİ

30.06.2024 19:50 9 baxış
IMG

Bu il bir çox ölkələrin turizm sektoru koronavirusdan qurtulub və aktiv şəkildə inkişaf etməyə başlayıb. Buna görə məşhur kurortlarda tətillərin qiyməti artmağa başlayıb, lakin səyahət edənlərin hələ də sərfəli qiymətlərlə istirahət edə biləcəyi yerlər var.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, büdcəyə uyğun yerlərinin siyahısına Amalfi Sahili (İtaliya) daxildir.

İnanılmaz gözəlliyi, mədəni irsi və müxtəlif fəaliyyətləri ilə turistləri cəlb edir. Orada qiymətlər yüksəlir, amma istənilən büdcə üçün mənzil kirayələyə bilərsiniz. Bütün şəraiti olan bir otel olmasa da, amma gözəl kiçik bir mənzil olacaq.

Yunanıstanda dincəlmək arzusunda olan turistlər Kalimnos adasına diqqət yetirməlidirlər. Orada 1000 dollardan aşağı qiymətə bir həftəlik tətil keçirə bilərsiniz. Bu yer təmiz çimərlikləri, inanılmaz mənzərələri və ləzzətli mətbəxi ilə məşhurdur.

İspaniyaya səfər etmək istəyənlərə Kosta Bravoya getmələri tövsiyə olunur. Ölkədə bura, bəlkə də ən büdcəli yerlərdən biridir. Kosta Brava qumlu çimərlikləri və kristal təmiz suları olan gizli kəndləri ilə tanınır. Lloret de Mar, Tossa de Mar və Blanes kimi məşhur çimərliklər üzgüçülük və su idmanı üçün əla şərait yaradır.

Xəbər lenti