IMG-LOGO

Gəncədə avtomobil 2 yeniyetməni vurub, biri ölüb-YENİLƏNİB

30.06.2024 19:52 9 baxış
IMG

Gəncədə avtomobilin vurduğu yeniyetmənin biri xəstəxanada ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 2011-ci il təvəllüdlü Ə.M dünyasını dəyişib.

 

***

19:44

 

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan NİVA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Ə.M.- ni və  2009-cu il təvəllüdlü İ.M.- nı  vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, onlardan Ə.M-nin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti