IMG-LOGO

Sosial şəbəkədə yayılan xəbərlər DOĞRU ÇIXDI - RƏSMİ

30 Jun 2024 16:51 206 baxış
IMG

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Lent.az-a verilən məlumat görə, xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Mənbə: lent.az

Xəbər lenti