IMG-LOGO

Göygöldə FACİƏ: iki uşaq anası olan gənc qadın özünü asdı

30.06.2024 11:17 8 baxış
IMG

Göygöldə intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb.

Kənd sakini 25 yaşlı Səbinə Həsənəliyeva yaşadığı evdə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Qadının hansı səbəbdən intihar etməsi məlum deyil. Mərhum iki övladı anası olub. Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

Fuad Nazimoğlu

Xəbər lenti