Hakim Ziyeş “Qalatasaray”ın tamhüquqlu futbolçusu olub.
Lent.az "Apasport.az"-a istinadən xəbər verir ki, bu barədə onun keçmiş klubu “Çelsi” məlumat yayıb.
Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Ziyeşin müqaviləsində azad transfer maddəsi yer alıb. İstanbul klubu bu hüquqdan istifadə edərək 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalayıb. Hakimin illik maaşı 2,85 milyon avro olacaq.