IMG-LOGO

Məhərrəm Əliyev prezidentin köməkçisi vəzifəsindən azad edilib

09 Dec 2023 11:58 193 baxış
IMG

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Lent.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Xəbər lenti